Gündəm / Cəmiyyət
14 iyul 2022
605

Qiymətlər artır, əməkhaqqı isə yerində sayır: Hansı tədbirlər görülməlidir? - AÇIQLAMA + FOTO

Qiymətlər artır, əməkhaqqı isə yerində sayır: Hansı tədbirlər görülməlidir? - AÇIQLAMA + FOTO


Koronavirus pandemiyasının ortaya çıxması ilə yaşanan inflyasiya Azərbaycandan da yan keçməyib. Ölkədə demək olar ki, hər şeyin qiyməti artıb, son iki gündə “Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti də qaldırıldı. Ərzaq məhsulları və geyimlər də günbəgün bahalaşır. Həmçinin mənzil bazarında son bir ildə kəskin dəyişiklik qeydə alınıb. Ötən il birotaqlı mənzilin kirayə qiyməti 300 manat olduğu halda, bu il 400 manata normal şəraitli ev tapmaq çətinləşib. Bütün bunlara rəğmən, minimum əməkhaqqı hələ də 300 manat təşkil edir. Kənardan baxdıqda bu vəsaitlə nəinki normal qidalanmaq, heç yaşamaq mümkün görünmür.

Çünki minimum istehlak səbətinə daxil edilən, insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq və qeyri-ərzaq məhsullarının, eləcə də digər xidmətlərin (mənzil, kommunal ödənişlər, rabitə, təhsil, müalicə-istirahət, nəqliyyat xidmətləri və s.) bir ailə üçün aylıq real qiymətinə baxsaq, onların nəinki 300 manat, hətta 500 manatdan da çox olduğunu görərik.

Minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərinin cəmini təşkil edən yaşayış minimum 2022-ci ildə bir nəfər üçün 205 manat olaraq müəyyən edilib. Hətta mövcud qiymətin 2021-ci illə müqayisədə 4,6 faiz çox olduğu bildirilib. Belə olan təqdirdə sadəcə bir nəfərin gəlir sahibi olduğu ailələrdə yaşayışın heç də ürəkaçan olmadığını deyə bilərik.

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Oxu.Az-a açıqlamasında xüsusilə ərzaq bazarında inflyasiyanın artdığını deyib:
Qiymətlər artır, əməkhaqqı isə yerində sayır: Hansı tədbirlər görülməlidir? - AÇIQLAMA + FOTO

“Bunları qabaqlamaq üçün dövlətin anti-inflyasiya tədbirləri var. Elə inflyasiya növləri var ki, ona idxal olunan inflyasiya deyirik. Onun qarşısını almaq bir qədər çətin olur, çünki həmin mallar qarşı dövlətin təklif etdiyi qiymət əsasında ölkəyə daxil olur. Bununla mübarizə aparmağın yollarından biri anti-inflyasiya tədbirlərinin keçirilməsidir və dövlət bunu həmişə edir. Sui-istifadə, möhtəkirlik kimi hallara qarşı dövlət tərəfindən inzibati addımlar atılır. Hazırda atılmalı olan ən başlıca addım isə inflyasiyanın vətəndaşların büdcəsinə təsirinin kompensasiya olunmasıdır. Bilirik ki, təqaüdlər, pensiyaların artırılması istiqamətində dövlət daim tədbirlər keçirir”.

Millət vəkili hesab edir ki, inflyasiyanın vətəndaşlarımızın büdcəsinə göstərdiyi təsir kompensasiya olunmalıdır:

“Yəni sosial sferanı əhatə edən şəxslərin inflyasiya həcmində əməkhaqları, eləcə də pensiyalar, təqaüdlər artırılmalıdır. Düşünürəm ki, bu addımlar atılacaq. Onların artırılması daim diqqətdə olub, bundan sonra da diqqətdə saxlanılacağını düşünürəm. Minimum əməkhaqqı ümumi yanaşmadır, o və istehlak səbəti büdcə təsdiq olunarkən meyar olaraq müəyyənləşir. Dövlət qiymət artımına adekvat olaraq anti-inflyasiya tədbirləri ilə yanaşı, vətəndaşlarımızın, xüsusilə sosial təbəqənin ciddi ziyan çəkməməsi üçün tədbirlər həyata keçirir. Bu tədbirləri daha da adekvat etməlidir, bunu vacib hesab edirəm”.

İqtisadçı-ekspert Xalid Kərimli isə növbəti ilədək minimum əməkhaqqının artırılacağını düşünmədiyini bildirib:
Qiymətlər artır, əməkhaqqı isə yerində sayır: Hansı tədbirlər görülməlidir? - AÇIQLAMA + FOTO

“Minimum əməkhaqqı ötən ilin sonlarında qaldırıldı və 2022-ci il yanvarın 1-dən qüvvəyə mindi. Rəqəm 300 manatdır, minimum pensiya da 240 manatdır. Son altı ayda qiymət inflyasiyası sürətlə gedir. Ancaq Azərbaycan praktikasına baxanda ümumiyyətlə, qiymətlərin indeksasiyası praktikasına baxanda Azərbaycanın minimum əməkhaqqı ilə bağlı iyulun ortasında qərarların verilmədiyini görürük. Minimum əməkhaqqı qaldırıla bilər, amma bu ən yaxşı halda ilin sonuna təsadüf edəcək. Artım növbəti il üçün tətbiq olunacaq. Bunu ona görə rahatlıqla deyirəm ki, büdcədə milyard manata qədər dəyişikliklər edilib, büdcə xərcləri artırılıb, gəlirlər dəqiqləşdirilib, neftin barel üzrə qiyməti 70 dollar götürülüb. Ancaq xərclərin artma istiqamətinə baxanda görürük ki, bunun daha çoxu ordunun müasirləşməsi, təhlükəsizlik tədbirlərinin artırılması və eyni zamanda Qarabağın bərpasına yönəldilən vəsaitlərdir. Bu il büdcə müzakirələrində biz əməkhaqqının qaldırılması barədə fikir eşitmədik. Bununla bağlı nə hökumət tərəfindən təklif verildi, nə də Milli Məclisdə ciddi müzakirə getdi. Ona görə də real hesab etmirəm. Doğrudur, inflyasiya əhalinin gəlirlərini yeyir, xüsusilə kasıb əhalinin vəziyyətini pisləşdirir, çünki inflyasiyanın mühüm komponenti olan ərzaq qiymətləri indeksi 20 faizdən çox artıb. İnflyasiyanın 13 faiz olmasına baxmayaraq, artım 12 ayda 20 faizdən çoxdur. Hər ay da bu rəqəmlər yüksəlir. Hökumətin bu istiqamətdə hər hansı planının olmadığını görürük, növbəti ilin büdcə müzakirələrində, bəlkə, nələrsə irəli sürülsün, amma indi belə addım atılacağı gözlənilmir”.
Lavada
daftar bocoran rtp live slot pragmatic hari ini RTP Slot Gacor kedewaan dewa zeus di rtp terlengkap di melindungi gacor 2022
slot rtp paling tinggi maupun bocoran slot gacor ini hari adalah seruan untuk slot paling gacor yang
mengasih up-date terkini masing-masing waktunya buat pejudi pragmatic play dari server luar
negeri. dikenali sebagai golongan slot terkini 2022 paling diakui
bersama persentasi kemenangan setidaknya tinggi sampai gampang petik maxwin. agen slot paling diyakini ini benar-benar gacor
loh sebab rtp tinggi sampai 99% yang untuk mudah juara jekpot paling besar.

salah satunya provider marak serupa slot gacor ini hari pragmatic play.
bo yang sediakan judi slot gacor 2022 setidaknya up-date serta terkini
sampai lebih dari 999 alat slot online tentu saya datangkan di sini guys.
Nikole
I really like it when people come together and share opinions.
Great website, stick with it!

My website; mpoplay
Juliana
pg slot ผม คือ สล็อตเว็บใหญ่ ที่เปิดให้บริการ pg slot เป็น PG สล็อตเว็บตรง แหล่งรวมเกม PG SLOT มากกว่า 200
เกม เว็บพนันออนไลน์ ยอดนิยมอันดับ 1 ฝากเงิน ถอนเงิน ด้วย ระบบ AUTO ช่วยให้ การฝากเงิน - ถอนเงิน ของท่าน มั่นคง ปลอดภัย รวดเร็วทันใจ ภายใน 1 นาที ร่วมสนุกกับ slot pg ได้อย่างไร้ขีดจำกัด สมัคร เว็บตรง PG SLOT ตอนนี้ รับโปรโมชั่น พีจี สล็อต ต่างๆมากมาย มีโหมดทดลองเล่นพีจีสล็อต ให้ทุกท่าน ได้ทดลองเล่น PG SLOT ก่อนวางเดิมพันด้วยเงินจริง เครดิตฟรี 10,000 บาท
เปิดให้บริการ slotpg บน PG สล็อตเว็บตรง
ตลอด 24 ชม. ร่วมสัมผัสประสบการณ์ใหม่กับ SLOTPG ที่ เว็บเล่นสล็อต กับทางทีมงาน สล็อตพีจีเว็บตรง ได้อย่างไร้ขีดจำกัด