Gündəm / Dünya
18 iyul 2022
1 308

“Rusiyanın təzyiqlərindən qorunmaq Türkiyə ilə münasibətləri qorumaqdan keçir” - GƏLİŞMƏ

“Rusiyanın təzyiqlərindən qorunmaq Türkiyə ilə münasibətləri qorumaqdan keçir” - GƏLİŞMƏ


Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ötən həftə ağır rejimli həbsxanaya köçürülüb. Atasının durumu ilə bağlı danışan müxalif siyasətçinin qızı Darya Navalnaya deyib ki, onun köçürüldüyü həbsxanada dustaqlara qarşı daha amansız və qəddar münasibət hökm sürür: “Bu, Rusiyada məhbuslara işgəncə verilməsi, eləcə də qətl halları ilə tanınan ən təhlükəli və yüksək təhlükəsizlik sisteminə malik həbsxanalardan biridir”.

Darya Navalnayanın sözlərinə görə, atası 2020-ci ildə onu öldürməyə cəhd edən eyni insanlarla və eyni hökumətlə təkbətək qalıb: “Həbsxana daxilində həbsxana yaradılması məqsədilə onun olduğu bölmə əlavə qoruyucu çəpərlə əhatələnib. Onu heç yerə buraxmırlar. İnsanların onunla ünsiyyət qurmasına icazə verilmir və bütün mənalarda təcrid olunaraq işgəncələrə məruz qalır”.

Qeyd edək ki, Putinin rəqibi hesab olunan Aleksey Navalnı iyunun 14-də Moskvadan təxminən 250 kilometr şərqdə yerləşən Melexovo şəhərindəki 6 saylı İslah Koloniyasına köçürülüb. Siyasətçi 2021-ci ilin yanvar ayında Avropa laboratoriyalarının sovet tipli sinir agenti “Noviçok” kimi müəyyən etdiyi maddə ilə zəhərləndikdən sonra müalicə aldığı Almaniyadan Moskvaya gəldiyi zamanı həbs edilib. Navalnı onun zəhərlənməsinə görə Putini günahlandırıb. Kreml isə hücumda hər hansı əli olduğunu inkar edib.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, ABŞ və Avropanın Rusiyaya qarşı çoxvektorlu sanksiyaları fonunda Putinin daxili etirazlardan ehtiyatlandığı və müxalifətə qarşı amansız repressiyalara başlamaq əmri verəcəyi gözlənilən idi. Bu xüsusda Navalnının təcrid edilməsi, ağır rejimli həbsxanaya köçürülməsi də təsadüfi deyil. İddialara görə, Kremldə vətəndaşların kütləvi şəkildə etirazlara qalxacağı barədə məlumatlar var və bunu önləmək üçün artıq tam gücü ilə hərəkətə keçiblər. ABŞ-da yaşayan həmyerlimiz, politoloq Azər Aslanlı AYNA-ya müsahibəsində Rusiyanın Ukraynaya qarşı təcavüzü, Kremlin müxalifətə qarşı repressiyaları artırması və digər mövzular ətrafında danışıb.

- Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ağır rejimli həbsxanaya köçürülüb. Ona qarşı repressiyaların artması nədən qaynaqlanır?

- Rusiyaya qarşı sərt embarqolar bu ilin martından, yəni, Ukraynaya qarşı təcavüzündən sonra başlasa da, əslində bu siyasət illərdir davam edir. Hətta deyərdim ki, 2003-cü ilin sonunda Gürcüstanda baş verən “məxməri inqilab”dan sonra bu təzyiqlər işə düşüb. Təbii ki, bu müddətdə Rusiyaya yaxınlığı şübhə doğurmayan beş ölkədə inqilablar baş verib, bir neçə ölkədə isə buna cəhdlər olub. Bütün bunlar həmin xalqların demokratiya mübarizəsi olduğu kimi, eləcə də Qərb-Rusiya mübarizəsinin tərkib hissəsi idi. Təkcə postsovet məkanında deyil, dünyanın müxtəlif yerlərində ölkələrə nəzarət uğrunda Qərb ilə Rusiya arasında mübarizə davam edir. ABŞ və Qərb demokratiya adı altında mübarizə apardığını bəyan etsə də, Rusiya avtoritar dayaqlarını gücləndirməklə məşğul olub.

Təbii ki, Rusiyada da Putinin yürütdüyü siyasətlə barışmayan və ölkəyə demokratik dəyərlərin gəlməsini istəyən milyonlarla insan var. Onlar haqlı olaraq hesab edirlər ki, Rusiya da digər ölkələr kimi inkişaf etməli və demokratik üsul-idarəetməyə keçməlidir. Kremli hər zaman narahat edən əsas məqamlardan biri protest elektoratın vahid lider ətrafında birləşməsi olub. Bu günə qədər müxalif fikirli kütləyə xitab edən, onların lideri olmağa iddialı çox sayda siyasətçi zərərsizləşdirilib. Hətta bəziləri qətlə yetirilib. Aleksey Navalnını da zəhərləməyə çalışdılar, lakin buna nail olmadılar. Gözləyirdilər ki, Navalnı müalicə olunduğu Almaniyadan geri qayıtmayacaq və bununla da ona etimad göstərən insanların ümidləri qırılacaq. Lakin bunlar baş vermədi. Navalnı Rusiyaya qayıtdı və Putin rejiminə qarşı sərt mübarizə aparacağını bəyan etdi. Həbsxanada olsa da, müxtəlif təzyiqlərlə üzləşsə də, öz mövqeyindən geri çəkilmir.

Embarqolar şəraitində Rusiya iqtisadiyyatı uzun müddət duruş gətirə bilməyəcək. Bir müddət sonra devalvasiya, inflyasiya və çox ciddi sosial-iqtisadi problemlər yaranacaq. Bunu təbii ki, Kremldə də bilirlər. Onu da bilirlər ki, ABŞ, Britaniya və Avropanın məqsədi Rusiyanı müharibəyə çəkmək yox, daxili etirazlar yolu ilə Putin rejimini yola salmaqdır. Bir müddət sonra mübarizənin bu mərhələsi də başlayacaq və o zaman Putin ciddi daxili etirazlarla qarşı-qarşıya qalacaq. Məhz elə buna görə də narazı rus elektoratına rəhbərlik edə biləcək siyasətçiləri sındırmağa, əgər bu da olmazsa, sıradan çıxarmağa çalışacaqlar.

- Dediklərinizdən bu qənaətə gəlmək olur ki, Putin daxili etirazların baş qaldıracağından əmindir. Bu etirazlar haradan və hansı formada cərəyan edə bilər?

- Burada müxtəlif mülahizələr səsləndirmək olar. Təbii ki, Rusiya nəhəng dövlətdir və kifayət qədər enerji qaynaqlarına, təbii sərvətlərə malikdir. Eyni zamanda oturuşmuş ənənələri olan bir ölkədir. Bu baxımdan Rusiyanın qısa müddətə geri çəkiləcəyini düşünmək sadəlöhvlük olardı. Bu mübarizə hələ uzun müddət davam edəcək. Hesab edirəm ki, Qərb ilk növbədə Rusiyanın hərbi güc mifini dağıtmağa çalışacaq. Rusiyanı Ukraynada o qədər yoracaqlar ki, sonda məğlub olacaq. Bundan sonra isə mübarizə Rusiyanın daxilinə nüfuz edəcək və Kreml bütün dayaqlarını itirməyə başlayacaq. Hər şey mümkündür. Etnik zəmində də etirazlar baş qaldıra bilər, iqtidara sahiblənmək uğrunda da, demokratiya tələbləri ilə də. Hətta bunların hamısının eyni anda baş verməsi də mümkündür. Görünən odur ki, ABŞ və Qərb Rusiyanı çökdürmək və Putini yola salmaq üçün bütün mümkün üsullardan istifadə edəcək.

- İddialar var ki, Rusiyaya qarşı təzyiqlər nəticəsiz qalacaq və yekunda Moskva deyil, Qərb geri çəkiləcək?

- Bu rəyin yaranması və belə bir ehtimalın irəli sürülməsi üçün kifayət qədər əsaslar var. Çünki ABŞ və Qərb indiyə qədər demokratiya tələblərində səmimi olmadığını, lazım gəldiyi təqdirdə öz dəyərləri kimi təqdim etdiyi məsələlərdən geri çəkildiyini dəfələrlə ortaya qoyub. Vaxtilə Rusiya Ukrayna və Gürcüstana qarşı açıq təcavüz siyasəti yürütdüyü zamanlarda geri çəkiliblər. Lakin hesab edirəm ki, bu dəfə vəziyyət fərqlidir. Nəhayət, Qərbdə də başa düşürlər ki, Rusiya bütün dünya üçün təhdiddir və qarşısını almasalar, nəhəng gücə çevriləcək. Bu isə öz növbəsində Çin, Hindistan, eyni zamanda nüvə dövlətləri ilə əməkdaşlıq şəraitində Rusiyanın gücünə güc qatacaq. Onlar ABŞ və Qərbə qarşı vahid cəbhədə savaşacaqlar. Məhz buna görə də Rusiyaya qarşı birləşdilər. Kreml prinsipial məsələlərdə geri çəkilməyənə qədər ABŞ Putinin yaxasını buraxmayacaq. Bu mənada Qərbin geri çəkiləcəyini ehtimal etmirəm. Rusiya da öz xoşu ilə geri çəkilməyəcək. Çünki artıq Putinin geriyə yolu qalmayıb. Hətta Ukraynada müharibə bitsə də, Qərb-Rusiya qarşıdurması tam şiddəti ilə davam edəcək.

- Rusiya postsovet məkanından Qərbə qarşı istifadə edə bilərmi? Bu mənada ölkəmizin atacağı addımlar nədən ibarət olmalıdır?

- Təbii ki, keçmiş İttifaq ölkələri hər zaman Rusiya üçün aktual olub. Bu gün də aktualdır. Qərb-Rusiya müharibəsinin episentri də keçmiş SSRİ ərazisidir. Yəni, Ukraynadır. Moskva hər vəchlə çalışacaq ki, postsovet məkanında təsir imkanlarını artırsın. İmkan düşdükcə onlara qarşı təxribatlar da törədəcək.

O ki qaldı Azərbaycanın atacağı addımlara, hesab edirəm ki, mövcud şərtlər daxilində kifayət qədər normal xarici siyasət yürüdürük. Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmaması, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində tuduğu mövqe və digər məqamlar Rusiya-Türkiyə münasibətlərini yaxınlaşdırır. Azərbaycan isə Türkiyə ilə müttəfiqlik şəraitində xarici siyasət yürüdür. Biz balanslaşdırılmış, müqstəqil xarici siyasət yürüdürük və hesab edirəm ki, bu, belə də davam etməlidir. Eyni zamanda yaranmış situasiyadan istifadə edərək, Qarabağda öz mövqelərimizi gücləndirməli, Ermənistanı geri çəkilməyə təhrik etməliyik. Bunun üçün münbir şərait var. Bütün hallarda onu söyləmək istəyirəm ki, Rusiyanın təzyiqlərindən qorunmaq Türkiyə ilə münasibətləri qorumaqdan keçir.
Harley
Howdy! I know this is kinda off topic but I'd figured I'd
ask. Would you be interested in exchanging links or maybe guest authoring a blog article or vice-versa?
My website addresses a lot of the same topics as yours and I
feel we could greatly benefit from each other.
If you are interested feel free to send me an e-mail.
I look forward to hearing from you! Terrific blog by the way!


Here is my webpage; ayurvedische rezepte
Mario
My developer is trying to convince me to move to .net from PHP.

I have always disliked the idea because of the expenses. But he's tryiong none the
less. I've been using Movable-type on a number of websites for about a year and am nervous about switching to another
platform. I have heard great things about blogengine.net.
Is there a way I can transfer all my wordpress content into it?
Any kind of help would be greatly appreciated!


My web site :: kamagra en la india foros
Cecilia
Great post. I will be facing some of these issues as well..


Here is my webpage: online
Kermit
Hello! Do you know if they make any plugins to safeguard against
hackers? I'm kinda paranoid about losing everything
I've worked hard on. Any suggestions?

Here is my blog post :: cheats
Ted
It's amazing to visit this site and reading the views
of all mates about this article, while I am also keen of getting know-how.



Also visit my site; Apple
Jacklyn
It's amazing to visit this site and reading the
views of all friends on the topic of this article, while I am
also keen of getting knowledge.

Feel free to surf to my homepage - insurance (insurance.ra6.org)
Spencer
Article writing is also a fun, if you be familiar with after that you
can write or else it is difficult to write.



My web-site :: profile cheatboss
Otis
I read this article completely about the resemblance of most recent
and earlier technologies, it's remarkable article.

Feel free to visit my web-site insurance - https://insurance.ra6.org,
Fausto
I like the helpful info you provide on your articles. I will bookmark your weblog aand check again right here frequently.
I am somewhat ssure I will be told lots of neew stuff right right here!
Best of luck for tthe following!

Also visit my webpage :: https://kamagraespana.quest

This is very interesting, You're a very skilled
blogger. I've joined your rss feed and look
forward to seeking more of your excellent post.
Also, I've shared your site in my social networks!

Also visit my page - https://achetercialis2022.quest
Brodie
That is a good tip espehially to those new to the blogosphere.

Simple but very precise info… Maany thanks for sharing this
one. A must read article!

My web site; dove comprare kamagra in emilia-romagna
Melanie
Hi, I do believe this is an excellent web site.
I stumbledupon it ;) Imay revisit oce again since I bookmarked it.
Money and freedom is the greatest way to change, may
you be rich and continue to help other people.

my blog prednicortone para que sirve

Have you ever thought about including a little bit more than just your
articles? I mean, what you say is valuable and everything.
However imagine if youu added some great pictures or videos to give your posts more, "pop"!
Your content is excellent but with images and clips, this blog could certainly be one oof the most beneficiual in its field.
Terreific blog!

Feel free to surf to my web page :: amoxicilina comprar
Juana
Hi there to all, as I am genuinely eager of reading this website's post to be updated on a regular basis.

It carries pleasant stuff.

Visit my homepage; fse.lacsq.org
Odessa
I love your blog.. very nice colors & theme. Did you design this
website yourself or did you hire someone to do it for you? Plz
answer back as I'm looking to construct my own blog and would like to find out where u
got this from. kudos

Feel free to surf to my webpage; mei.edu.au
Edwina
I was wondering if you ever thought of changing the page layout of your site?
Its very well written; I love what youve got to say.
But maybe you could a little more in the way of content so people could connect with it better.
Youve got an awful lot of text for only having
one or two images. Maybe you could space it out better?


Here is my homepage; augmentin senza ricetta farmacia

When someone writes an article he/she keeps the idea of a user in his/her mind that how a user can know it.
Thus that's why this piece of writing is perfect.

Thanks!

My site: wwbible