Gündəm / İqtisadiyyat
16 noyabr 2022
6
Azərbaycanda bu fondların ləğv olunması TƏKLİF OLUNDU
Azərbaycanda məqsədli büdcə fondlarının ləğv olunmasını təklif edilir.
Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib.
Palata sədri bildirib ki, məqsədli büdcə fondları üzrə bəzi əməliyyatlar, xüsusilə qalığın gəlirlərdə tanınması dövlət büdcəsi parametrlərində qeyri-müəyyənliklər yaradır.
"Qabaqcıl təcrübəyə əsasən gəlir kimi yalnız xalis dəyər artımı nəzərə alınmalı, başqa sözlə bu ya aktivlərdə artım, ya da öhdəliklərdə azalma ilə nəticələnməlidir. Məqsədli büdcə fondlarında isə müvafiq halda bu baş vermir. Bununla yanaşı, son illərdə ölkədə fiskal sahədə həyata keçirilən islahatlar, məsələn publik hüquqi şəxslərin yaradılması və onlara məqsədli maliyyələşmənin sifariş əsasında verilməsi məqsədli büdcə fondu anlayışının əhəmiyyətini azaltmaqdadır. Qeyd edilənləri nəzərə alaraq, məqsədli büdcə fondları ilə bağlı məsələlərə yenidən baxılmasını, fondların ləğv edilməsini, qalıqların sərbəst qalığa aid edilməsini, həmin fondların vəsaitini icra edən qurumlar üzrə xərclərin sifariş əsasında həyata keçirilməsini təklif edirik".
Daha çox xəbər:
"Avtomobil yolları" Məqsədli Büdcə Fondu torpaqların dövlət ehtiyacları üçün alınması ilə də məşğul olacaq
Gündəm / SiyasətHesablama Palatasının fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
İqtisadiyyatVergi Məcəlləsində dəyişikliklər büdcə gəlirlərini nə qədər artıracaq?
İqtisadiyyat"Bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyir" - Deputat
Gündəm / CəmiyyətBakıda həbs olunan sabiq səfirdən xəbər var
Gündəm