Gündəm / Cəmiyyət
02 iyul 2022
2 759

2 İyul Azərbaycan Polisi Günüdür. Çətin və şərəfli peşə sahibi olan Azərbaycan polisləri peşə bayramınız mübarək

2 İyul Azərbaycan Polisi Günüdür. Çətin və şərəfli peşə sahibi olan Azərbaycan polisləri peşə bayramınız mübarək


2 İyul Azərbaycan Polisi Günüdür. Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da mübariz əzmkarlıq, böyük ruh yüksəkliyi və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdikləri müsbət nəticələrlə qarşılayırlar. Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanları fəal rol oynayırlar.

Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkir, lakin bu çətin və şərəfli peşələrdən biri də polis peşəsidir, ona görə ki, polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. Polis ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.

İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər?. Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur. Məsələn, bütün bayram günlərində vətəndaşlarımız müəyyən qədər istirahət edir, polis əməkdaşları isə gücləndirilmiş iş rejimində işləyir. Ümumiyyətlə polis əməkdaşları bütün günü təhlükəsizliyin keşiyində dayanır, başqasının malını, mülkünü, ailəsini qorumaq üçün, hətta onlar öz qanını, canını, əsirgəmədən, hər cür təhlükənin üzərinə gedərək öz peşə vəzifələrini yerinə yetirirlər. Buna görə də həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Bu prinsiplər, polis-vətəndaş münasibətləri üzərində köklənir. Məlumdur ki, bütün dünyada polis çətin şəraitdə işləyir. Uzaqdan hər şey çox gözəl və rahat görünə bilər. Lakin, heç də hər şey göründüyü kimi deyil. Çünki polis qanunların və insan haqlarının qorunmasına bütövlükdə cəmiyyətin qorunmasına xidmət edir. Eyni zamanda, hər bir insanın həyatında kifayət qədər çətin anlar olur. Bu, təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.

Polislər günün istisində, yağışda, qarda, küləkdə, dumanda bir sözlə hava şəraitinin yaratdığı narahatlıqlara heç bir məhəl qoymadan küçələrdə ictimai asayişi qoruyaraq öz vəzifə borclarını sədaqətlə yerinə yetirirlər. Hətta Karantin dövründə həkimlərlə yanaşı, polislərin də işi çox çətin idi. Ona görə ki, onları əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, hətta ağır xəstələrə tibbi ləvazimatların, dərmanların çatdırılmasında ön sıralarda gördük. Koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərində də polislərimizin fəaliyyəti əvəzsiz oldu. Həmin vaxtlarda cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, əzmkar hərbi qulluqçularımızla yanaşı, polis əməkdaşları da fəaliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində çox məğrur və ayıq-sayıq dayandılar. İnsanların sağlamlığının qorunması, Vətənimizin təhlükəsizliyi naminə hər kəsin bir olduğu, yenilməzlik nümayiş etdirdiyi zamanda Azərbaycan polisi çox böyük fədakarlıq nümayiş etdirdi. Baxmayaraq ki, onlar hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalırdılar, lakin onlar əsl şərəfli peşə sahibləri olduqları üçün çox ciddi rejimdə tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Hər zaman olduğu kimi onlar bu ağır, çətin günlərdə həyatlarını təhlükəyə ataraq, daim vətəndaşların təhlükəsizliyinin keşiyində dayandılar. Hər zaman yolda qalanın, yardıma ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz olur. Polislər öz canlarından da üstün xalqı tuturlar. Çünki vəziyyət hər nə olursa olsun onlar daim asayişin keşiyində dururlar. Hamı kimi ailəsi ilə vaxt keçirmək əvəzinə gecəsini gündüzünə qatıb, özlərini bir an belə olsun düşünmədən ictimai asayişi qoruyan da Azərbaycan polisləridir. Məhz ən çox riskə məruz qalan da polislər olur. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”. Məhz ümummilli liderin məqsədyönlü siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində, polis müstəqil Azərbaycanın dövlətçlik tarixində sabitliyin, ictimai rifah və ictimai təhlükəsizliyin qarantına çevrildi. Bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla və yaradıcılıqla davam etdirilməsi nəticəsində, Azərbaycan ictimai təhlükəsizliyin etibarlı qorunduğu və kriminal durumun nəzarət altında olduğu ölkələri sırasına daxil oldu. Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu nəticələrin qorunması və saxlanması cəmiyyətdə qanunçuluğun və ictimai təhlükəsizliyin qorunmasına cavabdeh olan hər bir polis əməkdaşından çeviklik, bilik, qabiliyyət və fədakarlıq tələb edir. Fəlsəfədə deyilir ki, fədakarlıq, insan kamilliyinə doğru aparan yoldur. Deməli, polis həm də kamil olmalıdır, xidmətinə qanun çərçivəsində və həmçinin yaradıcı yanaşmağı bacarmalıdır. Azərbaycan polisi də öz xidmətinə bu cür yanaşır, nəticələr də göz qabağındadır.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.

Çətin və şərəfli peşə sahibi olan Azərbaycan polisləri peşə bayramınız mübarək!
Dora
Simply want to say your article is as amazing. The clearness in your post is simply
great and i could assume you're an expert on this subject.
Fine with your permission allow me to grab your RSS feed to keep up
to date with forthcoming post. Thanks a million and please keep up the rewarding
work.

Feel free to visit my site - phurity.com, Daisy,
Dinah
It's amazing to visit this website and reading the views of all friends about
this paragraph, while I am also keen of getting familiarity.


Have a look at my homepage kenhtool.com
Bridgette
I just like the valuable information you supply in your
articles. I will bookmark your blog and take a look at once more here regularly.
I'm reasonably certain I'll be informed many new stuff proper here!
Good luck for the next!

Feel free to surf to my homepage: GWEN189 (able2know.org)
Janelle
When I initially commented I clicked the "Notify me when new comments are added" checkbox
and now each time a comment is added I get three emails with the same comment.
Is there any way you can remove people from that service? Bless you!


my web page bostonmoving.net (Francis)
Rachelle
Hi there I am so grateful I found your blog page, I really found you by mistake, while I was browsing on Bing for something else, Anyhow I am here now and would just like to say thanks for a incredible post and a all round entertaining blog (I also love the theme/design), I don't have time to read through it all
at the moment but I have bookmarked it and also
included your RSS feeds, so when I have
time I will be back to read a lot more, Please do keep up the superb job.


My web page - PREMAN 189
Antje
It's a shame you don't have a donate button! I'd certainly donate
to this outstanding blog! I guess for now i'll settle for bookmarking and adding your RSS feed
to my Google account. I look forward to new updates and will talk about
this blog with my Facebook group. Talk soon!

Also visit my webpage; JANGKAR128
Hershel
Good post. I learn something new and challenging on sites I
stumbleupon everyday. It's always exciting
to read content from other authors and practice a
little something from their sites.

Feel free to visit my webpage: MAHABET77
Sue
Oh my goodness! Incredible article dude! Thank you so much, However I am going through
issues with your RSS. I don't know why I can't subscribe to it.
Is there anybody getting the same RSS problems? Anyone that knows the answer can you kindly respond?
Thanx!!

Take a look at my webpage youthsportsalliance.org, gaiaathome.eu,
Dexter
If you desire to increase your knowledge simply keep visiting this
website and be updated with the newest gossip posted here.



Also visit my web blog; www.mariospizzaholland.com; dev.to,
Назад 1 2 3 4 Дальше