Gündəm / Cəmiyyət
26 yanvar 2023
13
Daşaltı əməliyyatından 31 il keçir
Livanın Apellyasiya Məhkəməsi Beyrut limanında baş verən partlayış nəticəsində saxlanılanların azadlığa buraxılmasına qərar verib.
Livanın rəsmi agentliyi olan NNA-da yer alan məlumata görə, Apellyasiya Məhkəməsinin Baş prokuroru Qassan Uvaydat, liman partlayışında mühakimə olunan bütün məhbusların "istisnasız olaraq" azadlığa buraxılmasını əmr edib.
Bildirilir ki, təqsirləndirilən şəxslərin yenidən həbsi və ya məhkəməyə çağırılması artıq Ali Məhkəmə Şurasının səlahiyyətindədir.
Qeyd edək ki, 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında iki ardıcıl partlayış baş verib. Hadisə nəticəsində ən azı 192 nəfər ölmüş, 5 min nəfər yaralanmış, 80 nəfər itkin düşmüşdü.
Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyak – ammonyak turşusu ilə əlaqələndirib. Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər olub.
Daha çox xəbər:
Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib
Hadisə / DünyaNASA Beyrutdakı partlayışın peyk görüntülərini yaydı - FOTO
Gündəm / Hadisə / DünyaABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb
DünyaBeyrutda limanda yenə yanğın olub
Hadisə / DünyaTehranda partlayış: 13 nəfər öldü
Dünya