Gündəm / Cəmiyyət
27 dekabr 2024
3
Təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyeva ll Fəxri xiyabanda dəfn olunacaq
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökümə Əliyeva ll Fəxri xiyabanda dəfn ediləcək.
Hökümə Əliyevanın atası və doğmaları mərhumun cənazəsinin qarşılamaq üçün Bakıya gəliblər.
Cənazə Bakıda keçiriləcək vida mərasimindən sonra II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.(Report)
Daha çox xəbər:
Metyu Miller: ABŞ aviaqəza ilə əlaqədar Qazaxıstan və Azərbaycana kömək etməyə hazırdır
Gündəm / CəmiyyətDekabrın 26-da Azərbaycanda matəm elan edilib
Gündəm / CəmiyyətGürcüstan XİN rəhbəri: Hər zaman Azərbaycanın yanındayıq
Gündəm / CəmiyyətBöyük Britaniyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib
Gündəm / CəmiyyətAZAL-ın prezidenti: Ekipajın peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb, cənazələr iki gün ərzində ölkəyə gətiriləcək
Gündəm / Cəmiyyət