Gündəm / Cəmiyyət
07 yanvar 2023
7
Müdafiə Nazirliyi ilə Dini Komitə arasında birgə tədbirlər planı imzalandı
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən edilib.
2023-cü il ərzində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.
Daha çox xəbər:
Müdafiə Nazirliyi ilə Ombudsman birgə tədbirlər planı İMZALADI
CəmiyyətAzərbaycan Ordusunda narkomaniyaya qarşı tədbirlər planı hazırlandı
Gündəm / Cəmiyyət“Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib
SiyasətPrezident bu dini qurumlara maliyyə yardımı ayırdı
Gündəm / SiyasətZakir Həsənovdan TAPŞIRIQ: Təxribatlara adekvat cavab verilsin
Gündəm / Siyasət