Gündəm / Cəmiyyət
06 iyun 2023
0
Tahir Kərimli: “Özümüz deyib, özümüz eşidirik”
“Qaldırdığımız məsələləri özümüz deyib, özümüz eşidirik”.
Bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Tahir Kərimli qeyd edib ki, məsələlər həllini tapmır.
“Mən dəfələrlə seçicilərimin şikayətləri əsasında məsələlər qaldırmışam. Amma həllini tapmır. Özümüz deyib, özümüz eşidirik. Ancaq yazılı cavab verilir ki, məsələyə baxılacaq. Əvvəllər seçicilər deyirdilər ki, deputatlar məsələ qaldırmır. İndi də ittiham edirlər ki, məsələ qaldırılsa da, həllini tapmır, bunun xeyri yoxdur. Hökumətdən xahiş edirəm ki, qaldırdığımız məsələlərə baxsınlar”, - deyə Tahir Kərimli söyləyib.
Daha çox xəbər:
Tahir Kərimli spikerdən ÜZR İSTƏDİ
Gündəm / CəmiyyətXalqa neftdən gələn gəlirlərdən kömək edilsin - TƏKLİF
Gündəm / Cəmiyyət"Qarabağ erməniləri vətəndaşlarımızdır, onlarla nə vaxt danışacağımızı özümüz bilərik" - Prezident
Gündəm / Siyasət"Biz heç kimdən asılı deyilik" - Dövlət başçısı
Gündəm / İqtisadiyyatDöyüşlərdə iştirak edən hərbçilərə 2-3 qat artıq maaş veriləcək
Gündəm / Cəmiyyət