Gündəm / Cəmiyyət
29 mart 2022
33

Azərbaycanın hansı ölkələrdən ət idxal edir?

Azərbaycanın hansı ölkələrdən ət idxal edir?


Azərbaycan əti ən çox Gürcüstan, Ukrayna, Hindistan, kiçik bir hissəsini isə Rusiyadan idxal edir. Ölkəmizin ət idxalına ehtiyacı var. Çünki daxili qiymətlərin tənzimlənməsində ixrac olunan məhsulun rolu var.

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Hindistan və Ukraynadan ölkəmizə gətirilən ət daha çox dövlət ehtiyaclarının ödənilməsində mühüm rol oynayırdı. İndi müharibəyə görə Ukraynadan ölkəmizə ət gətirilmir. Bu səbəbdən müəyyən çətinliklər yaranıb. Ona görə də hazırda Azərbaycanın özündən ət ixracı qadağan olunub”, - N.Cəfərli bildirib.

İqtisadçı Türkiyənin Avropaya ət ixracını dayandırdığını, amma Azərbaycanın bu siyahıya daxil edilməməsinə də münasibət bildirib:

“Türkiyədən biz ət yox, ət məhsulları - kolbasa, sosis və digər məhsullar alırıq”.